Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 01:00
Bakı. Elçin Mehdiyev – Trend:
Proseslər göstərir ki, Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində xeyli partiyalar, qeyri-hökumət təşkilatları nümayəndələri, ayrı-ayrı insanlar öz namizədliklərini irəli sürməyə başlayıblar.
Bunu Trend-ə V cağırış Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov vurğulayıb ki, adı mühacir qalmaqalında hallanan, cəmiyyətdə rüsvay olmaq həddinə çatan Müsavat Partiyası da öz namizədlərini təqdim edib. Bu da haqlı olaraq Azərbaycan vətəndaşları tərəfindən birmənalı qarşılanmır:
“Bunlar guya özlərini demokatik partiya adlandırırlar. Amma bu yaxınlarda gördük ki, bunlar partiya adı altında mühacir alveri ilə məşğuldurlar və insanları aldadaraq saxta sənədlərlə, pul müqabilində ayrı-ayrı vətəndaşları mühacirətə göndəriblər. Bunların bu əməlinin üstü Avropada açıldı və bir neçə nəfər tutularaq istintaqa cəlb olunub. Bəzilərini də deportasiya ediblər. İndi bunlar hansı üzlə seçkilərdə iştirak edirlər. Ən azından Azərbaycan xalqı qarşısında üzr istəmək əvəzinə, utanmadan öz namizədlərini irəli sürüblər. Təbii ki, bu insanlar 90-cı illərin əvvəllərindən xalqın bir qınaq obyektidirlər və həmişə olduğu kimi, indi də Azərbaycan xalqı onları qınayır. Ona görə də yaxşı olardı ki, heç üzə çıxmasınlar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin