Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mən hər zaman Qurbanın yanındayam” – Faiq Qarayev

“Mən hər zaman Qurbanın yanındayam” – Faiq Qarayev

Tarix: 20 Dekabr 2019 18:38

Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkil etdiyi tədbirdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, voleybol millimizin sabiq baş məşqçisi Ağdam təmsilçisinin çalışdırıcısı haqda müsbət sözlər deyib. Qurban Qurbanovun fəaliyyətini izlədiyini söyləyən F.Qarayev ona çox böyük hörməti olduğunu söyləyib:

“Düzdür, əcnəbi məşqçilərə də hörmətim var. Amma Qurban Qurbanov tamam başqadır. Onun uğurları, göstərdiyi nəticələr bizim üçün əzizdir. Həmyerlimizdir, özümüzündür. Demək istəyirəm, ki mən hər zaman Qurbanın yanındayam. Bəlkə də təşkilatçılar ona olan münasibətimi biliblər və bu mükafatı ona verməyimi təşkil ediblər. Mənim üçün Qurbana mükafat vermək çox xoşdur. Onun uğurları çox əzizdir ".

Tədbirin aparıcısı Sənan Şəfizadənin "Müəyyən vaxtda eyni anda həm klub, həm də millidə işləmisiniz. Bir məşqçinin iki işdə işləməsi çətin deyil ki?” sualına F.Qarayev belə cavab verib:

"Mən işlədiyim dövrdə voleybolumuzda əsas bir klub var idi və bu, millinin baza komandası sayılırdı. Əsas heyət orada idi. Sözsüz ki, həm yığmada, həm klubda digər məşqçilər də var idi. Mən isə ümumi rəhbərlik edirdim. Düzünü desəm, fərqləndirmək mənim üçün çətindir. Türkiyədə olanda da mən "Vakıfbank"da baş məşqçi idim. "Vakıfbank" mənim rəhbərliyim altında ilk dəfə Çempionlar Liqasında qrupa düşdü. Ondan sonra mənə Türkiyə millisini təklif etdilər. Mən imtina edəndə dedilər ki, "Yox, Faiq, bizə kömək et, bizə lazımsan". Mən bir daha qeyd edirəm ki,  Qurbanın nəticələri önəmlidir. Çox sevinirəm ki, belə bir həmyerlimiz var. Qurbanın nəticələri ona görə sevilir ki, bu adam daim öz üzərində çalışır".

Qeyd edək ki, İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən, Q.Qurbanov 2019-cu il üçün Azərbaycanda ilin məşqçisi seçilib.

 


Etiketlər:  Mən hər zaman Qurbanın yanındayam Faiq Qarayev


RƏYLƏR