Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bizə satılan məhsulların saxlanma şəraitinə baxın - AQTA-dan uğurlu əməliyyat - FOTO

Bizə satılan məhsulların saxlanma şəraitinə baxın - AQTA-dan uğurlu əməliyyat - FOTO

Tarix: 20 Dekabr 2019 19:14

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində fiziki şəxs Babayev Ceyhun Rafiq oğluna məxsus quş əti emalı müəssisəsinə reyd keçirib.

AQTA-dan Sonxeber.net-a verilən məlumata görə, reyd zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.

Reyd zamanı heyvan mənşəli məhsulların və xammalının tədarükü, saxlanması və satışının mövcud qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmədiyi məlum olub.

Aşkarlanan faktlar əsasında qanuvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.


Etiketlər:  Bizə satılan məhsulların saxlanma şəraitinə baxın AQTA uğurlu əməliyyat FOTO


RƏYLƏR