Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 23:54
Yeni illə bağlı bir çox ölkələrdə elan olunan 10-12 gün bayram tətili və insanların bayram ab-havasında həyat tərzi, eləcə də çox yeyib içməsi orqanizm üçün faydalı yox, zərbə imiş.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Liverpul universitetinin alimləri bu fikri elmi araşdırma ilə əsaslandırıblar.
Onlar 20-30 yaş və 60-65 yaş arası 46 nəfər üzərində eksperiment aparıblar.
Təcrübənin əvvəlində bu adamların hər biri gündə 7-10 min addım ataraq gəzir, aktiv fiziki hərəkətlə məşğul olurdular.
Onlara Milad bayramı ilə əlaqədar günlərində 14 gün ərzində hər gün gəzmə müddəti və addımların sayını 2 min azaltmağı tapşırırlar.
Tapşırıqdan əvvəl onların ürək və ağciyərləri, qan göstəriciləri yoxlanılmışdı
2 həftəlik bayram günləri təcrübəsindən sonra bu adamların sağlamlıq göstəriciləri dəhşətli dərəcədə dəyişmişdi.