Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 10:40
İranda sərbəts güləş üzrə klublararası dünya çempionatı başa çatıb.
Qol.az xəbər verir ki, idmançılarımız Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənovun çıxış etdiyi “İran Moll” klubu finalda “Azadi”yə 8:2 hesabı ilə qalib gələrək çempion olub.
Hacı və Cəbrayıl keçirdikləri görüşlərdə qalib gəliblər.
Qeyd edək ki, yunan-Roma güləşçimiz Eldənz Əzizlinin (55 kq) klubu “İran Moll” da çempion olub.