Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 12:30
Bu insan 25 il sənətdə olub. Azərbaycan Dövlət Televiziyasında çıxışlar edib.
Sonxeber.net xəbər verir ki, bu sözləri əməkdar artist Teymur Əmrah onunla birgə "Zaurla Günaydın"da qonaq olan tanınmış gənc ifaçı Habil Əhmədovun anasını efirdə təqdim edərkən deyib. Aparıcı Zaur onu heç vaxt efirdə görmədiyini bildirərək təəccübünü gizlətməyib.
Habilin anası vaxtı ilə mərhum sənətkar İslam Rzayevin tələbələrindən olduğunu bildirib:
"Vaxtı ilə İslam Rzayevin ansamblında gənc ifaçıların konserti olub, çıxışlar etmişəm. Efirlərə də çox çıxmışam, amma estafet Habildədir. AzTV-dəki lent yazılarım da qalır".