Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 15:12
Bakı. Trend:
Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində, NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı”nın dəstəyi ilə Bakıda dövlət qurumlarının kiber mütəxəssisləri üçün “Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim” kursu keçirilir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, kursun əsas məqsədi müxtəlif dövlət qurumlarında çalışan kibertəhlükəsizlik mütəxəssislərinin biliklərinin təkmilləşdirilməsi və onların müasir qlobal çağırışlara qarşı hazırlıqlarının artırılmasıdır.
Dekabrın 28-dək davam edəcək tədbirin sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin