Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 21:42
Qrip, soyuqdəymə zamanı uzun illərdir tətbiq edilən ənənəvi müalicə üsulları, xalq təbabəti metodları rədd olunur.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan mütəxəssislər mövcud olan mifləri təkzib edən fikirlər səsləndiriblər.
Mütəxəssislərə görə, qrip və soyuqdəymə zamanı dərhal antibiotik müalicəsinə başlanması əsas yanlışdır. Antibiotik müalicəsinə həkim tərəfindən qərar verilməlidir. Əks təqdirdə, xəstədə antibiotiklərə qarşı davamlılıq yaranar, eləcə də müqavimət azala bilər.
Eləcə də qrip, zökəm zamanı çoxlu sayda dərman içmək yanlış hesab olunur. Çoxlu sayda, müxtəlif dərmanlar qripi müalicə etsə də, digər orqanlar üçün ziyanlıdır.
Viruslara yoluxan şəxsin gəzməsi, yəni xəstəliyi ayaqüstə keçirməsi yol verilən növbəti yanlış sayılır. Bildirilir ki, bu, həm xəstə, həm də başqaları üçün təhlükəlidir. Ən azı nəzərə almaq lazımdır ki, asqıran zaman viruslar on metr ətrafa yayılır.
Soyuqlayan şəxsin corablarına xardal tozu tökmək əhali arasında çox geniş yayılan müalicə metodu sayılsa da, həkimlər hesab edir ki, bunun ziyandan başqa təsiri yoxdur. Bu halda ayaqda yanıq əmələ gələ bilər, çünki xardal tozunun dəri ilə təması nəticəsində kimyəvi maddə yaranır.
Xəstənin otağının isti etmək də yol verilən yanlışlardan biridir. Əksinə otaqda təmiz havanın olması lazımdır. Bundan əlavə, xəstə şəxsin qalın paltar geyinməsi, ədyala bükülməsi də düzgün deyil. Ona görə ki, bu, temperaturun enməsi əvəzinə qalxmasına səbəb olur.