Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 01:56
Bakı. Trend:
Bu gün Qətərdə Klublararası Dünya Çempionatının final oyunu keçirilib.
Trend-in məlumatına görə, finalda İngiltərənin "Liverpul" klubu ilə Braziliyanın "Flamenqo" klubu qarşılaşıblar.
Oyunun əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Uzatmalara gedən oyun Roberto Firminonun 99-cu dəqiqədə vurduğu qolla "Liverpul"un qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Liverpul" tarixi ərzində ilk dəfə Klublararası Dünya Çempionatının qalibi olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin