Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 12:40
Bakı. Elçin Mehdiyev – Trend:
Biz maksimum dərəcədə çalışmalıyıq ki, seçkilər zamanı pozuntu hallarına yol verilməsin. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
M.Pənahov bildirib ki, istənilən pozuntu ictimaiyyət tərəfindən pis qarşılanır: “Biz maksimum dərəcədə çalışmalıyıq ki, bu cür hallara yol verilməsin. Bütün seçkilər Seçki Məcəlləsinin tam tələbinə uyğun olmalıdır. Bizim son illərdə seçki prosesinin keçirilməsində maarifləndirmə tədbirlərinin xüsusi rolu var”.
M.Pənahov vurğulayıb ki, seçkilər kütləvi bir prosesdir: “Dünyann heç bir yerində heç kim seçkilərdə pozuntulardan sığortalanmayıb. Əlbəttə, biz arzu edərdik ki, pozuntu halları olmasın. Bizim məqsədimiz bu halları minimuma endiməkdir. Bunun üçün daim maarifləndirmə tədbirləri həyata keçirilir”.
Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.
Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin