Tarix: 22 Dekabr 2019 17:44
İtaliya A Seriyasında 17-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, bu günə nəzərdə tutulan dörd oyundan biri başa çatıb. “Milan” səfərdə “Atalanta” ilə qarşılaşıb. “Rassonyerlər” rəqibinə 5 cavabsız qolla uduzub.
Bu nəticədən sonra “Atalanta” xalını 31-ə çatdıraraq 5-ci pilləyə yüksəlib. “Milan” isə 21 xalla 10-cu yerdədir.
"Atallanta" - "Milan" - 5:0
Qollar: Qomez, 10, Pasalic, 61, İliçiç, 63, 72, Muriel, 84