Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 23:24
Bakı. Trend:
İtaliya Superkuboku uğrunda keçirilən matçda Romanın "Latsio" klubunun futbolçuları Turinin "Yuventus" komandasına 3-1 hesabı ilə qalib gəliblər.
Trend-in məlumatına görə, görüş Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilib.
"Latsio"nun heyətində qolları Luis Alberto (16-cı dəqiqə), Senad Luliç (73-cı dəqiqə) və Danilo Kataldi (90 + 4) vurublar.
"Yuventus"da Paulo Dibala (45-ci dəqiqə) fərqlənib. Turin komandasının heyətində Rodriqo Betankur 90+4-cü dəqiqədə oyundan kənarlaşdırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin