Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da yaşı 300 milyon ildən çox olan qədim ağac izləri aşkar edilib

ABŞ-da yaşı 300 milyon ildən çox olan qədim ağac izləri aşkar edilib

Tarix: 23 Dekabr 2019 02:30

Nyu-York ştatının Qahirə şəhərində baxımsız qalmış karxanada dünyada ən qədim ağac izləri aşkar edilib. Elmə məlum olan ağac izlərinin qalıqları daşlaşmış vəziyyətdə tapılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu ağac izlərinin yaşı 368 milyon ilə çata bilər. Alimlərin fikrincə, bu ağaclar ştatın indiki sərhədlərindən çox-çox uzaqlara yayılmış meşənin bir hissəsi olub. Bundan əvvəl elə həmin Nyu-York ştatındakı Hilboada aşkar edilmiş ağac izlərinin yaşı iki və ya üç milyon il az olub.

Hudzon çayı vadisindəki Katskill dağının ətəklərində 10 il bundan əvvəl başlamış qazıntılar ağacların təkamül prosesini izləməyə imkan verir. Qazıntı işlərini Kardiff Universitetinin (Uels) britaniyalı alimləri, onların Binhemton Universitetindən (ABŞ) olan amerikalı həmkarları və Nyu-York ştatı muzeyinin əməkdaşları aparırlar. Bu müddət ərzində 3 min kvadratmetrdən artıq meşə sahəsində aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, bu meşədə vaxtilə bitmiş ağacların azı iki növünün nəsli kəsilib.

Mütəxəssislərin fikrincə, bu meşə subasma nəticəsində məhv olub. Paleobotanik Berrinin sözlərinə görə, Nyu-York ştatındakı karxananın öyrənilməsi ağacların atmosferdən karbon qazını necə udmasını anlamağa kömək edə bilər. Alim deyib: "Biz yaxşı başa düşürük ki, meşələri qorumaq vacibdir, meşələrin qırılması və yandırılması neqativ hadisədir".


Etiketlər:  ABŞ yaşı milyon ildən çox olan qədim ağac izləri aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ