Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 09:30
Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan vokalçıları” festivalı çərçivəsində növbəti konsert gənc vokalçıların ifalarına həsr olunub.
Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, dekabrın 21-də keçirilən konsert proqramında Asəf Zeynallı adına Musiqi Kollecinin , Bülbül adına 11 illik orta-ixtisas musiqi məktəbinin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbinin tələbə və şagirdlərinin konserti təqdim olunub.
Proqramda Azərbaycan , Avropa və rus klassik vokal nümunələri səsləndirilib. M.Maqomayev, Ü.Hacıbəyli, F.Əmirov, P.Bulaxov, V.A. Motsart, T.Quliyev kimi görkəmli bəstəkarların mövzu baxımından bir-birindən fərqli əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb .
Həmçinin müasir bəstəkarların vokal əsərlərindən ibarət konsert proqramı keçirilib. Konsertdə müxtəlif şairlərin sözlərinə bir-birindən maraqlı mahnı və romanslar səslənib. Konsert proqramı çoxsaylı auditoriya tərəfiindən gürultulu alqışlarla qarşılanıb.
İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin