Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq Muğam Mərkəzində gənc istedadların konserti keçirildi - FOTO

Beynəlxalq Muğam Mərkəzində gənc istedadların konserti keçirildi - FOTO

Tarix: 23 Dekabr 2019 11:45

Beynəlxalq Muğam Mərkəzində  "Azərbaycan vokalçıları" festivalı çərçivəsində növbəti konsert gənc vokalçıların ifalarına həsr olunub. Dekabrın 21-də keçirilən konsert proqramında Asəf Zeynallı adına Musiqi Kollecinin , Bülbül adına 11 illik orta-ixtisas musiqi məktəbinin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbinin tələbə və şagirdlərinin konserti təqdim olunub.

Proqramda Azərbaycan, Avropa və rus klassik vokal nümunələri səsləndirilib. M.Maqomayev, Ü.Hacıbəyli, F.Əmirov, P.Bulaxov, V.A. Motsart, T.Quliyev kimi görkəmli bəstəkarların mövzu baxımından bir-birindən fərqli əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Həmçinin müasir bəstəkarların vokal əsərlərindən ibarət konsert proqramı keçirilib. Konsertdə müxtəlif şairlərin sözlərinə bir-birindən maraqlı mahnı və romanslar səslənib. Konsert proqramı çoxsaylı auditoriya tərəfiindən gürultulu alqışlarla qarşılanıb.


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzində gənc istedadların konserti keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ