Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Sadıqov daha bir il ''Qarabağ''da!

Rəşad Sadıqov daha bir il ''Qarabağ''da!

Tarix: 11 May 2019 13:40

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov klubu ilə müqaviləni yeniləmək qərarı verib.

Qol.az-ın xəbərinə görə, ötən gün klub rəhbərliyi, baş məşqçi Qurban Qurbanov və Rəşad Sadıqovun görüşü olub. Görüşdə növbəti dəfə təcrübəli müdafiəçiyə karyerasını davam etdirməsi təklif olunub. Sadıqov bu təklif razılaşıb. Yaxın günlərdə onunla 1 illik müqavilə imzalanacaq.

Rəşad Sadıqov Qol.az-ın müxbiri ilə söhbətində məlumatı təsdiqləyib.

Qeyd edək ki, 36 yaşlı futbolçu 2011-ci ildən indiyədək Ağdam klubunda çıxış edir. Buna qədər isə o, 2009-10 mövsümündə də "Qarabağ"da oynayıb.

 


Etiketlər:  Rəşad Sadıqov daha Qarabağda


RƏYLƏR