Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 22:36
Almaniyanın paytaxtında keçirilən Milad yarmarkasında iki nəfər şübhəli kişi saxlanılıb.
Bu insanların şəxsiyyəti müəyyən ediləndən sonra məlum olub ki, birinin 21, digərinin 24 yaşı olan bu adamlar Suriyadan gəliblər.
Sonxeber.net bildirir ki, Berlin polisində AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbət zamanı həmin şəxslərin saxlanılmasını "onların özlərini bir qədər qəribə aparması, yaxınlıqdakı çadırlara tərəf boylanması, öz aralarında söhbət edə-edə ətrafda baş verənləri telefon kamerasına çəkmələri" ilə izah ediblər. Berlin polisinin mətbuat xidməti yarmarkaya gələn insanların demək olar hər birinin özünü bu cür aparmasını nəzərə alaraq bunu etiraf etməyə utanıb ki, əslində həmin iki şəxs xarici görkəminə görə müsəlman olmaları ilə diqqəti cəlb edib.