Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 02:24
Bakı. Trend:
Kanadanın qərb sahillərində bir saat ərzində iki güclü zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, ilk zəlzələnin maqnitudası 5,7 bal olub. Yeraltı təkanların episentri Port Hardi bələdiyyəsindən 170 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
İkinci zəlzələ 6 bal gücündə olub. Zəlzələnin episentri Port Hardi bələdiyyəsindən 175 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin