Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub (FOTO)

“Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub (FOTO)

Tarix: 24 Dekabr 2019 10:54

Bakı. Trend:

Paytaxt məktəbliləri arasında keçirilən “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub.

BŞTİ-dən Trend-ə verilən məlumata görə, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 193 nömrəli tam orta məktəbin komandası I, 244 və 282 nömrəli tam orta məktəblərin komandaları II, 29, 211 və 245 nömrəli tam orta məktəblərinin komandaları isə III yerə layiq görülüblər.

Qalib komandalar BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin şəhər mərhələsində iştirak edən bütün komandalara BŞTİ tərəfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, “Kiçik tədqiqatçılar” müsabiqəsinə ümumilikdə 253 məktəbin komandası qatılıb. Onlardan 26 komanda rayon mərhələsində qalib gələrək şəhər turunda iştirak etmək hüququ qazanıb.

BŞTİ-nin əmrinə əsasən təşkil olunan müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

“Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub (FOTO) “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub (FOTO) “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub (FOTO) “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub (FOTO) “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub (FOTO) “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub (FOTO) “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub (FOTO) “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub (FOTO)


Etiketlər:  Kiçik tədqiqatçılar müsabiqəsinin qalibləri bəlli olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ