Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 20 milyon 610 min manat ayrılıb

Müharibə əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 20 milyon 610 min manat ayrılıb

Tarix: 24 Dekabr 2019 16:57

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd edilir ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.18.3-cü yarımbəndində göstərilən vəsaitin 20 610 000 manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.


Etiketlər:  Müharibə əlilləri şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına milyon manat ayrılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ