Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2019 21:36
"Qarabağ" 3 legioneri ilə yollarını ayırıb.
Qol.az-ın xəbərinə görə, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının onuncu - 28-ci turunun "Neftçi" ilə keçirilən oyunundan sonra məlumat verib. Təcrübəli mütəxəssis müdafiəçi Yakub Jezniçak, hücumçular Reynaldo Silva və İnnosent Emeqaraya yeni müqavilə təklif etmədiklərini bildirib:
"Emeqara ilə 1+1 sistemi ilə anlaşmışdıq. Yeni müqaviləyə gərək duymadıq. Həmçinin anlaşma müddəti başa çatan Jezniçak və Reynaldo ilə də dünən görüşərək, sağollaşdıq".