Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əvvəl insult keçirdim, fikirləşdim ki, hər şey bitdi''

''Əvvəl insult keçirdim, fikirləşdim ki, hər şey bitdi''

Tarix: 24 Dekabr 2019 19:54

"Zalsburq"un futbolçusu Patrik Frakaş maraqlı açıqlama verib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 27 yaşlı oyunçu Çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə ev matçından əvvəl insult keçirdiyini deyib: "Məncə, indi həqiqəti demək vaxtıdır. Azarkeşlər nə baş verdiyini bilməlidirlər. Gizlədiləsi heç nə yoxdur. "Napoli" ilə qarşılaşmadan əvvəl insult keçirdim. Hərəkət etmək istədim, amma bacarmadım. Nə baş verdiyini düşünürdüm. Bir anda fikirləşdim ki, hər şey bitdi. Mən ölə bilərdim. Ümid edirəm ki, 2020-ci ildə futbol oynaya biləcəyəm".

Qeyd edək ki, P.Farkaş hazırda fərdi məşqlər edir. O, həm də reabilitasiya kursu keçir.

 


Etiketlər:  Əvvəl insult keçirdim fikirləşdim hər şey bitdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ