Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''06'' ağaca çırpıldı: 1 nəfər öldü, 2 yaralı var - YENİLƏNİB

''06'' ağaca çırpıldı: 1 nəfər öldü, 2 yaralı var - YENİLƏNİB

Tarix: 25 Dekabr 2019 09:26

09:22

Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə dekabrın 24-dən 25-nə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayon sakini, 1983-cü il təvəllüdlü Tural Mamed oğlu Gülməmmədov idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə Zaqataladan Əliabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən qatı duman səbəbindən idarəetməni itirərək avtomaşını yolun kənarındakı ağaca çırpıb. Qəza zamanı sürücü T.Gülməmmədov hadisə yerində dünyasını dəyişib. Sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücünün meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan iki nəfər - sürücü T.Gülməmmədovun yaxın qohumları, Teymur İbadullah oğlu Gülməmmədov və Rüfət Gülməmməd oğlu Gülməmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

---------
08:52

Zaqatala rayonunun Əliabad qəsəbəsində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Zaqatala rayonunun Əliabad qəsəbəsində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1983-cü il təvəllüdlü Gülməmmədov Tural Məmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Etiketlər:  ağaca çırpıldı nəfər öldü yaralı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ