Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə ''AvtoVAZ'' bütün Lada modellərinin qiymətlərini qaldıracaq

2020-ci ildə ''AvtoVAZ'' bütün Lada modellərinin qiymətlərini qaldıracaq

Tarix: 25 Dekabr 2019 09:00

"AvtoVAZ" istehsalçısı bütün model cərgəsinin qiymətlərini orta hesabla 2,3 fayız qaldıracaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, ən çox qiymət artımı - 3,8 fayız - "Vesta" sedanına şamil olunacaq. Satış üzrə lider "Qranta" ailəsinə məxsus sedanların qiyməti 2,5 fayiz artırılacaq. "Lada" 4x4 avtomobilllərin qiymətləri 2,9 fayız, cərgənin ən bahalı modeli "Lada Vesta Sport"un qiyməti isə 1,5 fayız qaldırılacaq. Ən az artım isə xetçbek "Lada Xray"də - 0,8 fayız olacaq.

Digər avtomobil istehsalçıları qiymət artımını elan etdiylərinə görə, "AvtoVAZ"ın qiymət artımı Rusiya bazarındakı payına təsir etməyəcək.

"AvtoVAZ", 2018-ci ildə montaj konveyerindən 560 mindən çox avtomobil buraxaraq Rusiyanın ən nəhəng minik avtomobili istehsalçısı olaraq qalmaqdadır.


Etiketlər:  2020 ildə AvtoVAZ bütün Lada modellərinin qiymətlərini qaldıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ