Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Umayra Tağıyeva: Qışın mülayim keçməsinin yayla heç bir əlaqəsi yoxdur

Umayra Tağıyeva: Qışın mülayim keçməsinin yayla heç bir əlaqəsi yoxdur

Tarix: 25 Dekabr 2019 16:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva builki qışın mülayim keçməsi ilə əlaqədar yayın da isti keçəcəyi barədə səslənən fikirlərə münasibət bildirib.

Trend-in məlumatına görə, U.Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib ki, qış dövründə müşahidə edilən hava şəraiti ilə yayda gözlənilən hava şəraiti arasında analogiyalar izləmək mümkün deyil.

Çoxillik meteoroloji məlumatların təhlili də göstərir ki, qış və yay arasında heç bir əlaqə yoxdur.

U.Tağıyeva qeyd edib ki, son 10 ildə iqlimin daha sürətlə dəyişməsi müşahidə olunur:

"Qlobal iqlim dəyişməsi bütün dünyanı narahat edən prosesdir. Azərbaycan da iqlim dəyişmələrinin qarşısının alınması üçün üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ölkədə istilik effekti yaradan qazların konsentrasiyasının azalmasına yönələn tədbirlər həyata keçirir".


Etiketlər:  Umayra Tağıyeva Qışın mülayim keçməsinin yayla heç bir əlaqəsi yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ