Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 17:48
Bakı. Trend:
Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “İlin fəsilləri” adlı tədbir keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva, prorektorlar, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər. Tədbirdə Pedaqoji fakültənin Xarici dil müəllimliyi (rus dili) ixtisasında təhsil alan I tədris ili tələbələri bədii-musiqili kompozisiya ilə çıxış ediblər. Bədii-musiqili kompozisiyada ilin dörd fəslinə- qış, yaz, yay və payız fəsillərinə səyahət edilib, hər fəslin özünəməxsus xüsusiyyətləri, gözəllikləri canlandırılıb. Eyni zamanda hər fəsil haqqında müxtəlif səhnələr göstərilib, şeirlər, mahnılar səsləndirilib.
Yüksək səviyyədə keçən və hamıya xoş əhvali-ruhiyyə bəxş edən tədbir böyük maraqla qarşılanıb və alqışlarla müşayiət edilib.
Tədbir tələbə-gənclərin müəllim və tələbələrə xoş Yeni il arzuları ilə yekunlaşıb, xatirə şəkli çəkdirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin