Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlil Məmmədquluzadənin ev-muzeyi əsaslı təmirdən sonra açıldı - FOTO

Cəlil Məmmədquluzadənin ev-muzeyi əsaslı təmirdən sonra açıldı - FOTO

Tarix: 26 Dekabr 2019 14:30

Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 25-də böyük yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub.

Mədəniyyət Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov muzeyin ekspozisiyası, burada görülən işlər barədə Əbülfəs Qarayevə məlumat veriblər. Bildirilib ki, təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb. Həmçinin üç (Azərbaycan, rus, ingilis) dildə təqdim olunan yeni İP texnoloji vasitə ilə muzeyə ekskursiya etmək mümkündür.

Diqqətə çatdırılıb ki, Cəlil Məmmədquluzadənin 1922-1932-ci illərdə yaşadığı mənzildə ömrünün ən çətin vaxtları keçib. Burada ev-muzeyin yaradılması haqqında qərar respublika hökuməti tərəfindən hələ 1976-cı ildə qəbul olunmuşdu. Muzeyin təntənəli açılışı ədibin anadan olmasının 125 illiyində, 1994-cü il dekabrın 28-də, ulu öndər Heydər Əliyevin iştirakı ilə gerçəkləşib.

Muzeyin birinci zalında C.Məmmədquluzadənin uşaqlıq və gənclik illərini əhatə edən eksponatlar nümayiş olunur. İkinci zal vaxtilə Məmmədquluzadələr ailəsinin qonaq otağı olub. Burada ailə həyatını əks etdirən ekspozisiya sərgilənir.

Ev-muzeyində həmçinin Xalq rəssamı Oqtay Sadıqzadənin müəllifi olduğu, əsli Naxçıvandakı Ədəbiyyat muzeyində saxlanılan əsər - yazıçının həyat yoldaşı Həmidə xanımla portreti yer alır.


Etiketlər:  Cəlil Məmmədquluzadənin muzeyi əsaslı təmirdən sonra açıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ