Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 14:42
Bakı. Trend:
Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə dərman preparatları və kosmetik vasitələrin qanunsuz yollarla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "Mercedes Benz Viano" və "Mercedes Benz Vito 111 CDİ" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.
Yoxlama zamanı hər iki avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan 100 ədəd üzərində "Fenazepam 1 mq" adlı dərman preparatı və 45 ədəd müxtəlif markalı kremlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin