Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 17:18
Bakı. Trend:
Azərbaycanda 2006-cı ildən nəşr edilən “Tarixi Şəxsiyyətlər" jurnalı ənənəyə uyğun şəkildə hər il dünya liderləri, həmçinin ictimai-siyasi sferanın görkəmli xadimləri arasından “İlin adamı”nı seçir.
Trend-in məlumatına görə, redaksiya heyətinin yekdil rəyi ilə Özbəkistanın inkişafında, ölkənin imicinin beynəlxalq aləmdə yaxşılaşmasında, Azərbaycanla Özbəkistan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə 2019-cu ilin “İlin adamı” olaraq Özbəkistan Respublikasının prezidenti Şafkat Mirziyoyev seçilib.
Bununla əlaqədar rus dilində işıq üzü görəcək “Tarixi şəxsiyyətlər” jurnalının növbəti xüsusi buraxılışı bütünlüklə Özbəkistan Respublikası və onun prezidentinə həsr olunacaq.
Qeyd edək ki, 2017-ci ildə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan redaksiyanın yekdil səsverməsi nəticəsində bu ada layiq görülüb. 2018-ci ildə isə nominasiyanın qəhrəmanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin