Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 18:46
Dörd il əvvəl eşq yaşamağa başlayan, iki dəfə ayrılıb-barışan aktrisa Aslı Enverlə müğənni Murat Boz münasibətlərinə yenidən şans veriblər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə KİV-lərinin məlumatına əsasən, barışıq addımını Murad atıb. Belə ki, sənətçi Aslıya mesaj yazaraq onu "Fənərbağça" - "Beşiktaş" oyununa dəvət edib. Matçı izləyən cütlük yenidən sevgili olmaq qərarına gəliblər.
M. Boz da media nümayəndələrinə açıqlamasında məlumatı təkzib etməyib, o, sadəcə olaraq şəxsi həyatından danışmayacağını söyləyib. Eyni zamanda, Aslı və Murad istaqramda bir-birini hələ də izləyir.