Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 21:48
Mübahisəli Kəşmir bölgəsinin sərhədi boyunca Pakistan və Hindistan arasında baş verən son hərbi toqquşmalar zamanı hər iki tərəfdən itki verildiyi bildirilib.
Pakistan ordusu bir neçə gün əvvəl Hindistan qüvvələrini birinci atəş açaraq, Kəşmiri iki nüvə silahına malik rəqib ölkə arasında bölən İdarə Xətti (LoC) bölgəsindəki Deva Sektorunda iki əsgərini öldürməkdə günahlandırıb.
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, ordu sözçüsü, general-mayor Asif Qafur Pakistan qoşunlarının cavab atəşi açaraq, Hindistanın 3 əsgərini öldürdüyünü bildirib.
Hindistan mediasının məlumatına görə isə, Hindistan ordusu Pakistanın Kəşmir sərhədində "səbəbsiz" atəş açmasə nəticəsində, Hindistanın bir əsgərinin və bir mülki vətəndaşının öldüyünü təsdiq edib.
Bu ayın əvvəlində Pakistan BMT-nin Təhlükəsizlik Şurasına məktub göndərərək, İslamabadın Dehlinin kütləvi hərbi səfərbərliyə başlamasından, Kəşmirdə orta mənzilli raketlər yerləşdirilməsindən və sərhəddəki çəpəri qismən götürməsindən narahatlığını ifadə edib.