Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2019 22:20
Bakı. Trned:
Bu gün İngiltərə Premyer Liqasının sonuncu 38-ci turu keçirilib.
Trend-in məlumatına görə, turnir cədvəlinə liderlik edən "Mançester Siti" "Brayton"un qonağı olub. Oyunun 27-ci dəqiqəsində ev sahibi hesabda irəli keçsədə, qonaqlar cəmi 1 dəqiqə sonra qolun əvəzini çıxıblar və ilk hissənin sonlarına yaxın hesabda önə keçməyi də bacarıblar.
İkinci hissədə qonaqlar üstünlüyü əldən verməyiblər və rəqibin qapısından daha 2 top keçiriblər. Oyun "Mançester Siti"nin 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Qollar: Qlen Mürrey (27-ci dəqiqə), Serxio Aquero (28-ci dəqiqə), Emerik Lyaport (38-ci dəqiqə), Riyad Mahrez (63-cü dəqiqə) və İlkay Gündoğan (72-ci dəqiqə).
"Mançester Siti"nin turnir cədvəlində ən yaxın izləyicisi olan "Liverpul" öz meydanında "Vulverhempton"u 2:0 hesabı ilə məğlub edib.
Turnir cədvəlində "Mançester Siti" 98 xal, "Liverpul" isə 97 xal toplayıblar.
Beləliklə, "Mançester Siti" İngiltərə Premyer Liqasının 2018/2019 mömsümünün qalibi olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin