Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Startapda çalışmaq üçün 7 səbəb

Startapda çalışmaq üçün 7 səbəb

Tarix: 26 Dekabr 2019 22:20

Amerikanın "Lever" şirkətinin heyət şöbəsinin rəhbəri Jennifer Kim, startapda iş zamanı hansı gözləntilərin olmamasını izah edib. Onun məsləhətlərini sizlərə təqdim edirik.

Əgər axşam saat 5-dən sonra və səhər saat 8-ə qədər iş barəsində düşünmək istəmirsinizsə, onda startapda çalışmayın.

illi.Az techland.az-a istinadən bildirir ki, şikətin iddialı planlarını yerinə yetirmək üçün əsasən startapda işçi çatışmamazlığı olur. Məhz buna görə startapda iş zamanı böyük yükdən qaçmaq mümkün deyil. Söhbət təkcə iş vaxtı bitəndən sonra müəyyən müddətə iş yerində qalmaqdan getmir. Siz yemək zamanı lazımi yerlərə məktub göndərməli, taksidə harasa gedən zaman yerinə yetirməli olduğunuz tapşırıqların siyahısına baxmalı və ya sizin kimi yuxusuz qalmış həmkarlarınız ilə iş məsələlərini Slack-da müzakirə etməli olacaqsınız.

Tez bir zamanda böyük miqdarda pul qazanmaq arzusundasınızsa, onda startapda çalışmayın.

Bəli, "Facebook" IPO-ya çıxdıqdan sonra minlərlə milyonçu əmələ gəldi. Lakin gəlin bir reallığı qəbul edək. Sizinlə eyni hadisə çox güman ki, baş verməyəcək. Məsələ onda deyil ki, adətən bir çox startaplar uğursuzluğa düçar olurlar. Hətta ən uğurlu layihələr belə, "Facebook" və "Google" kimi iri miqyasda bir gəlir gətirmir. Bir çox startaplarda maaş səviyyəsi, böyük şirkətlərdə verilən maaşdan daha aşağı olur. Hər şey sizin səhmlərinizin potensial qiymətindən asılıdır. Nəticə etibarilə ola bilər ki, sizin səhmlərinizin heç bir dəyəri olmasın. İşə başlamazdan öncə bunu bilməlisiniz.

İş və şəxsi həyat arasında sərhəd saxlamaq istəyirsinizsə, onda startapda çalışmayın.

Hansısa böyük şirkətdə çalışan zaman iş münasibətinə əsaslanaraq siz öz şəxsi həyatınızı müəyyən səviyyədə idarə edə bilirsiniz. Startapda isə siz günün böyük bir hissəsini öz komandanızla keçirtməli olacaqsınız. Onların sayəsində siz güləcəksiniz. Bəlkədə onlar ilk dəfə sizin göz yaşlarınızı görəcəklər. Sizin üçün çətin olan vaxtlarda onlar sizə dəstək olacaqlar. Bu insanlar təkcə sizin həmkarlarınız olmayacaqlar. Onlar sizin dostlarınız olacaqlar. Bəzi insanlar ilə olan dostluq isə ömür boyu qala bilər.

Əgər siz indiki işinizdən narazısınızsa və buna görə startapda çalışmaq istəyirsinizsə, cəhd belə etməyin.

Bu cür qərarı almazdan öncə özünüzə sual verin ki, belə gərgin iş rejiminə hazırsınızmı və ya bu iş sizi narahat edir mi? İşdə hər şey pis olanda, digər yerdə daha yaxşı olduğu illüziyası yaranır. Əsasən də bu illüziya startapçıların qayğısız optimizminə, ofislərdə olan ping-pong stollarına baxanda hiss olunur.  Məşhur "kim yaxşı çalışırsa, daha yaxşı dincəlir" cümləsinə nəzər yetirəndə, reallıqda isə startapçının həyatında dincəlməkdən daha çox çalışmaq lazım gəlir.


Etiketlər:  Startapda çalışmaq üçün səbəb


RƏYLƏR