Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 11:58
Bakı. Samir Əli - Trend:
Azərbaycanın xarici ölkələrdə müxtəlif diaspora mərkəzləri və səfirliklərin nəzdində yaradılan Qarabağ məktəbləri fəaliyyətlərini davam etdirir.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanılılara Qarabağla bağlı tarixi məlumatları aşılamaqdır:
"Xüsusilə də gənclərin, azyaşlıların Qarabağ ruhunda tərbiyələndirilməsi, maarifləndirilməsidir. Mən özüm də Kanada və Çexiyada işlədiyim dövrlər ərzində orada bu kimi məktəblər fəaliyyət göstərirdi. Biz həmin məktəblərlə birlikdə çalışırdıq ki, uşaq və gənclərimizə Qarabağla bağlı məlumatlar çatdıraq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin