Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA danışılmış oyunlara görə daha 10 nəfəri cəzalandırdı

AFFA danışılmış oyunlara görə daha 10 nəfəri  cəzalandırdı

Tarix: 27 Dekabr 2019 16:44

AFFA danışılmış oyunlara görə növbəti cəzaları açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı xəbər yayıb.

Birinci divizionda çıxış edən “Neftçi-2”, MOİK  və “Binə”nin bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.
 
Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

 

“Qaradağ Lökbatan” (I Divizion)

1. Məmmərzayev Tural – futbolçu

 

MOİK (I Divizion)

1. Həsənov Orxan – futbolçu

2. Ağakərimzadə Yamin – futbolçu

3. Yaqubzadə Raul – futbolçu

 

"Forza Neftçi" (Futzal, I Liqa)

1. Məmmədov Elmir – məşqçi

 

“Keşlə”

1. Babayev Mehman  - məşqçi

2. Səfərov Asəf – klub rəsmisi

 

Qeyd: Siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib.

Aşağıda adları qeyd olunmuş şəxslər hazırda aktiv futbol fəaliyyəti göstərmirlər. Lakin gələcəkdə futbol sahəsində çalışmaq ehtimalı nəzərə alınaraq onların futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

1. Elmin Çobanov

2. Natiq Səhrətov

3. Emin Cəfərquliyev

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

 


Etiketlər:  AFFA danışılmış oyunlara görə daha 10 nəfəri cəzalandırdı


RƏYLƏR