Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda ata 12 yaşlı oğlunun şah damarını kəsdi - FOTO

Bakıda ata 12 yaşlı oğlunun şah damarını kəsdi - FOTO

Tarix: 27 Dekabr 2019 17:20

"Sənin ayağının şah damarı niyə kəsilib?"

Milli.Az xəbər verir ki, bu sualla Xoşqədəm Hidayətqızı verilişinə anasını axtarmaq üçün çıxan 12 yaşlı oğlan uşağına müraciət edib. 

Hüseyin adlı azyaşlı qaldıqları Sabunçu ərazisində qaraçı uşaqları tərəfindən ayağının damarının kəsildiyini deyib.

Az sonra efirə gələn anonim zəng zamanı Hüseyngilin Sabunçuda qonşusu olduğunu bildirən qadın, uşağın ayağının şah damarını doğma atasının kəsdiyini bildirib. Qadının sözlərini Hüseyn təsdiq edib:

"Atamı pis vəziyyətdə qoymamaq üçün sizə yalan demək məcburiyyətində qaldım. Bəli, ayaq damarımı atam kəsib".

Hüseyn atasının həbsdə olduğunu, anasının isə Xırdalanda bir kafedə işlədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, ailənin 5 uşağı anası tərəfindən tərk edilib.

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Bakıda ata 12 yaşlı oğlunun şah damarını kəsdi FOTO


RƏYLƏR