Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın Baş Naziri qazaxıstanlı həmkarına başsağlığı verib

Azərbaycanın Baş Naziri qazaxıstanlı həmkarına başsağlığı verib

Tarix: 27 Dekabr 2019 17:30

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş Naziri Əskər Maminə başsağlığı məktubu göndərib.

Sonxeber.net xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Nazir Əli Əsədov Almatı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbərdən olduqca kədərləndiyini bildirib.

Azərbaycanın Baş Naziri faciə ilə əlaqədar qazaxıstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.


Etiketlər:  Azərbaycanın Baş Naziri qazaxıstanlı həmkarına başsağlığı verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ