Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 18:44
Dekabrın 26-da daha bir gənc "kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə" diaqnozu ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
Sonxeber.net xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Metanolun yeddinci qurbanı Sumqayıt sakini, 1996-cı il təvəllüdlü İsmayılov Elmin İskəndər oğlu olub. O, Bakının Babək prospektində yerləşən "Piano" restoranında içdiyi ucuz viskidən zəhərlənib.
Bundan əvvəl bildirilmişdi ki, kütləvi zəhərlənmələrə görə dekabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4 və 314.2-ci maddələri ilə cinayət işi açıldığı barədə Səhiyyə Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar.
İstintaqı Bakı Şəhər Prokurorluğu aparır.
Araşdırma zamanı müəyyənləşdirilib ki, "Baku City" restoranının müdiri Füzuli Alıyev və Xəyal Cəfərov "Chivas Regal 12" viskisini "Everest" restoranına ucuz qiymətə satıb. Bu içkini içdikdən sonra Sərxan Bayramov və Mustafa Mustafayev ölüb, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyev alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.