Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 18:52
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk yerli avtomobilin təqdimat mərasimində iştirak edib.
Trend-in məlumatına görə, SUV C seqmentli elektrokrossover və sedan tipli elektromobilin təqdimatı İstanbul yaxınlığındakı Gebze rayonunda baş tutub.
Elektromobillərin Bursa vilayətində istehsal olunacağı planlaşdırılır. Hazırda avtomobil zavodunun tikintisi davam edir.
Qeyd olunur ki, zavodun tikintisinin 2021-ci ildə başa çatacağı gözlənilir.
Zavod işə başladıqdan sonra ildə 175 min elektromobil istehsalı nəzərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin