Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir - FOTO

Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir - FOTO

Tarix: 27 Dekabr 2019 19:00

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

ASC-dən Sonxeber.net-a verilən məlumata görə, Prezident İlham Əliyevin "Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Sabunçu rayonunda yeni layihələrin icrasına başlanılıb.

Sərəncama əsasən, Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Hazırda Ramana və Zabrat qəsəbələrində icra olunan layihələr çərçivəsində tikinti-quraşdırma işləri davam etdirilir. Pirşağı və Maştağa qəsəbələrində isə layihələrin icrasına hazırlıq görülür.

Ramana qəsəbəsində icra olunan layihə Ramana kəndi adlanan ərazini əhatə edir. Bu ərazidə bir neçə il öncə içməli su şəbəkəsi yaradılıb və sakinlər mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Lakin qəsəbə ərazisində kanalizasiya şəbəkəsi mövcud olmadığında tulantı suları açıq kanallara və şambolara axıdılıb. Sakinlərin bu sahədəki probleminin aradan qaldırılması məqsədilə layihə hazırlanıb və qısa müddətdə işlərə başlanılıb.

Yeni layihə çərçivəsində qəsəbə ərazisində müxtəlif diametrli borularla 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir. Şəbəkə üzərində 600-dək kanalizasiya baxış quyusu tikiləcək və yeni şəbəkədən abonentlərə birləşmə veriləcək.


Etiketlər:  Ramanada uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ