Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 22:56
Yola salmaqda olduğumuz 2019-cu il Avstriyada ən isti illərdən biri kimi tarixə düşüb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu il meteoroloji ölçmələrin həyata keçirildiyi 1768-ci ildən bəri Avstriyada üçüncü isti il olub. Bu barədə məlumat idarənin yaydığı ilkin illik iqlim hesabatında yer alıb. Bununla da son illərdə bir-birinin ardınca gələn isti illər statistikası bu il də davam etmiş olub.
İdarənin eksperti Aleksander Orlik bildirib ki, 2019-cu ildə illik orta temperatur uzunmüddətli orta göstəricidən 1,5-1,7 dərəcə yüksək olub. Avstriyada 252 illik meteorologiya tarixində ən isti il 2018-ci il olub və bu trendin qarşıdakı illərdə də davam etməsi ehtimalı yüksəkdir. Ekspert, həmçinin bildirib ki, Avstriyada 15 ən isti ilin on dördü 1994-cü ildən sonrakı dövrə düşür və bu da öz növbəsində qlobal iqlim dəyişikliklərinin Avstriya timsalında təzahürüdür.