Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda pambığın məhsuldarlığı artıb

Azərbaycanda pambığın məhsuldarlığı artıb

Tarix: 28 Dekabr 2019 14:16

Azərbaycanda pambığın məhsuldarlığı 2018-ci illə müqayisədə 64,2 faiz artıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Bu il noyabrın sonuna olan vəziyyətə görə, bir hektarda pambıq məhsuldarlığı 29 sentner təşkil edib. Bu göstərici ötən illə müqayisədə 11,4 sentner çoxdur:

"Nəzərə alsaq ki, pambıq yığımı davam edir, mövsümün sonunadək istehsal və məhsuldarlıq göstəricilərinin artması gözlənilir".

Pambıq əkilən bütün rayonlarda məhsuldarlıq göstəricisi 2018-ci il üzrə orta məhsuldarlıq göstəricisindən yüksək olub.

2019-cu ildə pambığın əkin sahəsi 32,4 min hektar azalaraq 100,1 min hektar təşkil edib. Eyni zamanda noyabrın sonuna olan vəziyyətə görə, ölkədə 290,145 min xam pambıq istehsal olunub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 74 min ton və 34,1 faiz çox, ümumilikdə 2018-ci illə müqayisədə 23,8 faiz çoxdur.


Etiketlər:  Azərbaycanda pambığın məhsuldarlığı artıb


RƏYLƏR