Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 17:00
Rabitəbank müştəriləri, PayPass stikerləri ilə ödənişlərini ani toxunuşla həyata keçirəcək.
Belə ki, Rabitəbank müştəriləri mütəmadi istifadə etdikləri əşyalarına MasterCard PayPass stikeri yerləşdirməklə onu ödəniş vasitəsinə çevirə biləcəklər. PayPass Sticker ilə təmassız ödənişi dəstəkləyən istənilən POS terminalda 50 AZN-dək ödənişləri PİN kod daxil etmədən, 50 AZN-dən çox olan ödənişlərdə isə PİN kod vasitəsilə ödəyə biləcəklər.
Qeyd edək ki, PayPass MasterCard stikerləri üç valyutada təqdim olunur və 20 AZN dəyərindədir. Rabitəbankın PayPass stikerləri aktiv olan kimi, müştərinin Mobil tətbiqində əks olunur və adi kart kimi idarə edilir.