Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misirdə turist avtobusu yük maşını ilə toqquşdu: 6 nəfər ölüb

Misirdə turist avtobusu yük maşını ilə toqquşdu: 6 nəfər ölüb

Tarix: 28 Dekabr 2019 19:02

Misirdə turistləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 6 nəfər ölüb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, "Sada əl-Balyad" saytı yazır ki, hadisə Qırmızı dənizin sahilində yerləşən Ayn-əs-Sohna rayonunda baş verib.  

Hindistan, Malayziya və Çin vətəndaşlarını daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində ölən altı nəfərdən üçü turistdir. Qəza nəticəsində 20-si turist olmaqla, 24 nəfər də müxtəlif dərəcəli xəsarət alıb.


Etiketlər:  Misirdə turist avtobusu yük maşını ilə toqquşdu nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ