Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 22:00
Meksikanın cənub-şərqində Mayalılara aid saray tapılıb.
Meksika arxeoloqları Meksikanın Yukatan ştatındakı Kuluba arxeoloji sahəsində yeni Maya Sarayı kəşf ediblər.
Aşkar olunmuş sarayın uzunluğu 50 metr, hündürlüyü isə 6 metrdir.
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, inşaat materialları bu sarayda 600-cü il ilə 1050-ci illər arasında iki fərqli dövrdə insanların yaşadığını göstərir.
Kolumbdan öncəki dövrə aid Maya şəhərindəki bu sarayla birlikdə mütəxəssislər başqa dörd tikilini - altar, yaşayış üçün nəzərdə tutulan iki sahə və bir soba olduğu düşünülən bir tikili aşkar edib.