Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 22:08
Polis şənbə günü Honq Konqda alış-veriş mərkəzində yürüş edən etirazçılarla qarşıdurma yaşayıb. Etirazçılar Çinli ticarətçilərin ərazini tərk etmələrini tələb edib.
Honq Konqun Çinlə sərhədi yaxınlığında yerləşən Şeunq Şuidə etiraz iqtisadi fəaliyyətə maneə törətməklə hökümətə təzyiq göstərmək məqsədi daşıyır.
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, təxminən 100 etirazçı alış-veriş mərkəzindən keçərək "Honq Konqu Azad et" və "Çinə geri dön" şüarlarını səsləndirib.
Mülki geyimli polis bəzi etirazçıları həbs edib. Bir polis zabiti etirazçılar və müxbirlərə qarşı bibər qazından istifadə edib. Hökümətə məxsus RTHK kanalı 14 nəfərin həbs olunduğunu bildirib.
Bəzi alıcılar alış-veriş mərkəzində yolu kəsən polisə etiraz edib.
İyun ayında təklif olunan ekstradisiya qanunu üzərində başlayan etirazlara daha sonra demokratiya və başqa tələblər daxil edilib.
Ektradisiya qanunu daha sonra gəri çəkilib, lakin etirazçılar ərazinin lideri Karrim Lamın istefasını və başqa dəyişikliklər tələb edir.