Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 07:16
Bakı. Trend:
Kütləvi informasiya vasitələri bu il üzrə dünyada paylaşımlardan ən çox pul qazanan "İnstaqram"-blogerini müəyyənləşdiriblər.
Trend-in "Daily Mail"ə istinadən verdiyi məlumata görə, 2019-cu il üzrə paylaşımlardan ən çox pul qazanan "İnstaqram"-bloger portuqliyalı futbolçu Kriştianu Ronaldu seçilib.
K.Ronaldu 2019-cu ildə hər bir paylaşımına görə 780 000 funt sterlinq qazanıb. Beləliklə, il ərzində futbolçu bütün paylaşımlarına görə təxminən 47,8 milyon dollara sahib olub.
Ən çox pul qazanan ikinci "İnstaqram"-bloger argentinalı futbolçu Lionel Messi olub. Onun hər bir paylaşımı 518 000 funt sterlinq dəyərində qiymətləndirilir. L.Messi paylaşımlardan bir il ərzində 23,2 milyon dollar pul qazanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin