Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Litvada qaz balonlarından istifadə qaydalarına məhdudiyyətlər qoyulacaq

Litvada qaz balonlarından istifadə qaydalarına məhdudiyyətlər qoyulacaq

Tarix: 29 Dekabr 2019 22:12

Yanvarın 1-dən Litvada qaz balonlarından istifadə üçün daha sərt qaydalar tətbiq olunacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu qaydaların tətbiqi balonların istifadəsi zamanı bədbəxt hadisələrin qarşısını almaq üçün nəzərdə tutulub. Bu cür balonlar yalnız yanğın zamanı onları partlamadan qoruyan müdafiə klapanları ilə istifadə edilə bilər.

Dövlət Enerji Tənzimləmə Xidmətinin verdiyi məlumata əsasən, hər il qaz balonlarının quraşdırılması və istismarı qaydalarının pozulması səbəbindən faciə ilə nəticələnən 2-3 qəza, balonların qırılması və ya yanğınlar zamanı onların partlaması ilə bağlı isə 10-12 hadisə baş verir.


Etiketlər:  Litvada balonlarından istifadə qaydalarına məhdudiyyətlər qoyulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ