Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin üzvü oynamadı, komandası darmadağın oldu

Millimizin üzvü oynamadı, komandası darmadağın oldu

Tarix: 30 Dekabr 2019 07:28

Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 24-cü turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi "Piterboro Yunayted" klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Roterham"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.
 
Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
 
"Piterboro Yunayted" 24 turdan sonra 36 xalla 23 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


Etiketlər:  Millimizin üzvü oynamadı komandası darmadağın oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ