Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 07:36
Avropa Parlamentinin sədri David Maria Sassoli növbəti il üçün üzv ölkələrdən daha çox maliyyə vəsaiti tələb edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, David Maria Sassoli milyardlarla vəsaitin tikinti, universitet və yardım fondu proqramlarına xərcləndiyini bildirib. Onun fikrincə, yoxsul uşaqlara dəstək, yaxud rəqəmsallaşmanın inkişafı və gələcəyə aid digər layihələrin həyata keçirilməsi məqsədilə daha çox vəsaitə ehtiyac var. Ətraf mühitin mühafizəsi, yoxsul uşaqların olmaması və rəqəmsal texnologiyanın inkişaf etdirilməsi üçün işlər görülməlidir və bu sahələrin inkişafı lazım olan vasitələrlə təmin edilməlidir. Əgər Sassolinin təklifi qəbul olunarsa bu istiqamətdə işlərin həyata keçirilməsi üçün 2021-2027-ci illərdə 1,4 trilyon avro vəsait xərclənməlidir.